XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2020 - 14:10

MN-dən cəbhədəki son vəziyyətlə bağlı açıqlama:"Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir"

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir”.

Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov bildirib ki, Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqla cəbhədəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır: “Bir daha bildiririk ki, Azərbaycan hərbi qüvvələrinə məxsus heç bir təyyarə vurulmayıb”/APA.  

MN sözçüsü əlavə edib ki, əks-hücum əməliyyatı nəticəsində Tərtər, Cəbrayıl və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib: “Eyni zamanda, müxtəlif istiqamətlərdə düşmənin aktivliyinin qarşısı alınır. Düşmən döyüşə qadınlardan sonra qocaları göndərir. Görünür ki, bu, düşmənin sonuncu ehtiyat qüvvələri olacaq”.

Şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə tutulduğunu bildirən Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, adekvat tədbirlər görülür: “Düşmənin guya Gəncədəki hərbi obyektləri vurduğu barədə xəbər tamamilə yalandır. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir”.