“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər bəzi şəhərlərində əhalinin sıx məskunlaşdığı mülki obyektlərə raket zərbələri endirirlər”.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
Prezidentin köməkçisinin sözlərinə görə, bu, barbarlıq və vandalizmdir, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinin təşviş içərisində olduğunu göstərir: “Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”.