XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2020 - 15:39

Azərbaycanda son sutkada 97 nəfər koronavirusa yoluxub –91 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 3073, hazırkı dövrədək isə 1140190 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 40788 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 38587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib, aktiv xəstə sayı 1603 nəfərdir.