XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 18:29

Tacikistanın müxalifət lideri İstanbulda nədən öldürülüb? – TƏFƏRRÜAT

“Umarali Kuvatov Türkiyədə 2014-cü ilin iyulundan BMT-nin Qaçqınlarla İş üzrə Agentliyinin şikayətçisi kimi yaşayırdı”.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı rusiyalı hüquq-müdafiəçisi Nadejda Atayeva öz bloqunda yerləşdirib.
O, Kuvatovun keçən ildən etibarən Türkiyədən çıxarılmasına çalışıldığını bildirib: “19 dekabr 2014-cü ildə o, Türkiyə xüsusi xidmət orqanları tərəfindən anonim zəng əsasında tutulmuşdu. Bu il fevralın 3-də isə məhkəmənin qərarı ilə Kuvatov yalnız Türkiyəni bir ay ərzində tərk edəcəyi şərti ilə azadlığa buraxılmışdı. Lakin hər şeyə baxmayaraq, Kuvatov Türkiyədə daha çox yaşamaq üçün razılıq almağı bacarmışdı. Son üç ildə o, müntəzəm olaraq təhdidlər alırdı və tez-tez deyirdi ki, onu tacik əsilli şəxslər izləyir. Türkiyə hakimiyyət nümayəndələri onun müraciətlərini ciddi qəbul etmirdilər. Hətta BMT-nin Qaçqınlarla İş üzrə Agentliyi də Kuvatovun işinə formal baxırdılar. Mən sadəcə onu deyə bilərəm ki, Kuvatov aktiv siyasi lider idi və Tacikistandakı hökumətin korrupsiya ilə repressiyalarını kəskin tənqid edirdi”.

Tacikistanın müxalifət  lideri İstanbulda nədən öldürülüb? - TƏFƏRRÜAT, VİDEO
Qeyd edək ki, Kuvatovun Tacikistandan qaçmasının əsas səbəbi ölkə Prezidenti Emomali Raxmonun kürəkəni ilə aralarında yaranmış mübahisə olmuşdu. Belə ki, 2001-2012-ci illərdə o, prezidentin kürəkəni olan Şamsullo Soxibovla Əfqanistandakı NATO qüvvələrinə yanacaq-sürtgü materiallarının satışı ilə məşğul olurdular.
Sonradan Soxibovla mübahisə Kuvatovun ölkədən qaçmasına və müxalif olmasına gətirib çıxardı. Sonradan Kuvatovun yaratdığı “Qruppa 24” 2014-cü ildə Tacikistanda ekstremist təşkilat elan edildi.

Onu da xatırladaq ki, Kuvatov bu gün İstanbulda qətlə yetirilib.