XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 14:39

Çavuşoğlu Bakıda:“Dünya haqlının, Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır”

“Azərbaycanın işğal edilmiş torpaqları müvafiq qərarlara baxmayaraq, azad edilməyib. Bütün bunlara baxmayaraq, hər zaman hücum edən Ermənistan olub. Çətin vəziyyətə düşən Ermənistan Gəncəni, Tərtəri, Xızını atəşə tutur. Bu, müharibə cinayətidir”.

Bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, öz torpaqlarını azad etmək üçün mübarizə aparan Azərbaycan mülki əhalinin yaşadığı obyektləri hədəfə almır: “Fərq budur. Biz Azərbaycanla bir millətik. Biz Gürcüstanın, Ukraynanın, Suriyanın, İraqın ərazi bütövlüyünü dəstəkləyiriksə, Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyirik. Bu məsələdə ikili standartlar olmamalıdır. Dünya haqlının, Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır. Dağlıq Qarabağ Azərbaycanındır. Hamı atəşkəs çağırışı edir. Atəşkəs olsun, amma nəticə nə olacaq? Ermənistana Azərbaycan torpaqlarından dərhal çıx deyirlər? Demirlər. Həmsədrlərlə dəfələrlə görüşmüşəm. İşğalçı ilə Azərbaycana eyni münasibət göstərirlər”/APA.

Çavuşoğlu deyib ki, Ermənistan beynəlxalq hüququ tapdalayaraq Yaxın Şərq regionunda yaşayan erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına köçürür: “Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər”.

Nazir bildirib ki, beynəlxalq ictimaiyyət bunun belə davam etməyəcəyini bilməlidir.

“Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləməsi üçün Azərbaycanla mübarizəmizi davam etdirəcəyik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.