XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 16:30

Çavuşoğlundan daha bir bəyanat:“Problem yalnız Ermənistan çəkiləndən sonra çözüləcək”

“Bu, dondurulmuş bir ixtilaf (münaqişə) idi. Daha doğrusu, həlli dondurulmuş bir ixtilaf idi. Bu problemin qısa bir zamanda həlli mümkündürmü? Bəli, Ermənistan geri çəkilsə, mümkündür”.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bu problemin kökündən həlli üçün Ermənistan Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın işğal altında olan torpaqlarından çıxması ilə bağlı konkret addım atmalıdır”, – nazir əlavə edib.