XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 16:22

Ermənilər Əliyev-Obama görüşünə diqqət kəsiliblər:"Qarabağ məsələsi üzrə plan var"

eliyev-obama-1

 

Anna Akopyan

Armtimes.com

 

Martın 27-dən aprelin 2-dək Vaşinqtonda 52-dən çox ölkə liderinin qatılacağı nüvə təhlükəsizliyi üzrə sammit baş tutacaq. Serj Sərkisyan da bu sammitə qatılmaq üçün ABŞ-a gedəcək. İlham Əliyev də orada olacaq.

Ermənistan prfezidenti administrasiyası planlaşdırılan səfər haqda hələlik bildirməyib, lakin o özü bu günlərdə Kiprdəki universitetdə çıxışında açıqlayıb ki, işgüzar səfərlə Vaşinqtona getməyə hazırlaşır. Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupunun himayəsi altında görüşünün təşkil edilib-edilməyəcəyi haqda da rəsmən heç nə deyilmir.

Xatırladaq ki, 2014-cü ildə Haaqada nüvə təhlükəsizliyi üzrə növbəti sammit zamanı növbəti rəsmi danışıqların aparılacağının gözlənilməsinə baxmayaraq, Sərkisyan və Əliyev ayaqüstü bir neçə kəlmə danışmışdılar. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik o vaxt Tvitter-də qeyd etmişdi ki, görüşün keçirilməsi haqda prinsipial razılaşma var.

Martın 21-ə olan məlumata görə, Uorlik Əliyevlə Sərkisyanın, Məmmədyarovla Nalbandyanın mümkün görüşü və ümumiyyətlə, danışıq prosesi haqda heç bir qeydiyyat etməyib. Bununla belə, Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda görüşünü istisna etməyən ümumi fon yaradılıb. Bu cür nikbin proqnozları Ermənistan analitikləri verir. Lakin bizim diplomatik qaynaqlarımız məlumat verir ki, Qarabağ məsələsi üzrə İrəvanın tam başqa bir gündəliyi var və artıq bu istiqamətdə uzun müddətdir ki, iş aparılır. Qaynağımıza əsasən, Qarabağ məsələsi üzrə danışıqlar aparılmır, çünki danışıqlar masasında tərəflərin əsaslanıb fikir mübadiləsi aparacağı və razılaşma əldə edə biləcyi sənəd yoxdur. Danışıqlar isə predmetsiz olmur. Az-az ikitərəfli, yüksəksəviyyəli danışıqlar vaxtı mübahisə predmeti daha çox müxtəlif dövrlərin sənədlərindən hansının masa üzərinə qoyulmalı olduğu olur.

Digər tərəfdən, məlum olduğu kimi, bir neçə konqresmen Dağlıq qarabağda sülhün müəyyən edilməsi üçün üç konkret addım təklif etməklə ABŞ prezidenti administrasiyasına müraciət edib. Bu, bütün tərfələrin təmas xəttindən snayperləri çıxartması, təmas xəttində ATƏT-in monitorinq sisteminin qoyulması, atəşkəs rejiminin pozulması hallarını müəyyən etmək üçün təmas xəttində ATƏT müşahidəçilərinin yerləşdirilməsidir.

Qaynağımızın məlumat verdiyi kimi, rəsmi İrəvan bu mərhələdə ildə neçə dəfə keçirilməsindən asılı olmayaraq, artıq uzun illər boyu nəticə verməyən birbaşa Qarabağ danışıqlarındansa məhz həmin təkliflərə daha çox diqqət ayırır.

“Ay data” ofisi (ABŞ-da fəaliyyət göstərən Ermənistan inqilabi partiyalarından biri) martın əvvəlində Vaşinqtonda bildirib ki, Konqresin nümayəndələr palatasının xarici əlaqələr komissiyasının sədri, respublikaçı Erd Roys və nümayəndələr palatasının üzvü, demokrat Bred Şerman məktubla prezident Obamaya müraciət edərək imkanı daxilində bu təklifləri qəbul etmək üçün Azərbaycana təzyiq göstərməyi xahiş ediblər.

Bizim məlumatımıza görə, hazırda bütün resurslar ona cəmlənib ki, Əliyev səfər zamanı bu məsələ üzrə hansısa nəticələri müəyyən etsin. Təklif hələ ilin əvvəlində müzakirəyə qoyulub, lakin hesab edilir ki, Birləşmiş Ştatlar və Azərbaycan hazırda münasibətlərin nizamlanması mərhələsindədir və bu təkliflərin yeridilməsində ABŞ prezidenti üçün əlverişli durum yaranıb. 

Bundan başqa, Obamanın müddətinin bitməsinə lap az vaxt qalıb və o, Qarabağ məsələsində, heç olmasa, cüzi, lakin hiss ediləsi nəticəyə nail olsa, ATƏT-in Minsk Qrupunun həmsədri kimi təkcə ABŞ-ın deyil, həm də şəxsən Obamanın böyük nailiyyəti olar.

Bizim qaynaqların məlumatına görə, proqram həm də qalan iki dövlətin – Minsk Qrupunun həmsədrlərinin başçıları Vladimir Putin və Fransua Ollandla razılaşdırılıb və onlar buna qarşı heç nə irəli sürmürlər.

Hamı anlayır ki, konqresmenlərin təklifi həyata keçəcəyi halda Qarabağ münaqişəsinin nəticəsində heç nəyi dəyişməyəcək, lakin əməli addım olacaq və nəhayət, təmas xəttində müəyyən sabitliyin saxlanmasına xidmət edəcək. Bölgədə gərginliyin güclənməsi isə hazırda heç kimə sərf etmir.

Buna görə də sözügedən sammitdə Obama ilə Sərkisyanın yox, Əliyevlə Obamanın görüşü diqqət mərkəzində olacaq.


Tərcümə Strateq.az-ındır.