XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2020 - 10:20

Müdafiə Nazirliyi:"Cəbrayıl istiqamətində əks-hücum əməliyyatları uğurla davam edir"

“Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb”.

Strateq.az xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin az əvvəl yaydığı xəbərdə bildirilib.

Nazirlik bəyan edib ki Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır: “Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.