XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 12:19

Prezident İlham Əliyev Putinə zəng edib –Qarabağla bağlı müzakirə aparılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. 

Strateq.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.