“Ermənistanın “Smerç” raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.
Hacıyev qeyd edib ki, Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumlarının hədəfinə çevrilib: “Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”.