XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 15:50

Azərbaycanda son sutkada 215 nəfər koronavirusa yoluxub –117 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1785 nəfərdir.

Ölkədə son sutka ərzində 5124, hazırkı dövrədək isə 116 2062 test aparılıb.