XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2020 - 16:12

Türkiyə parlamentinin spikeri :"ÜÇÜNCÜ DÖVLƏT MÜDAXİLƏ ETSƏ, TÜRKİYƏ DAĞLIQ QARABAĞA QOŞUN GÖNDƏRƏCƏK"

Türkiyə Böyük Millət Məclisi Qarabağ konflikti fonunda Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi məsələsinə baxa bilər, amma buna hələlik ehtiyac yoxdur.

Strateq.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Mustafa Şəntop deyib.

“Türk hərbçilərinin cəlbi təklifi üçüncü tərəflər BMT qətnamələrinə əməl etməyərək, bu konfliktə cəlb edilməyənə qədər önəmli olmayacaq. Münaqişəyə digər dövlətlərin müdaxiləsi halında Türkiyə Dağlıq Qarabağa qoşun göndərəcək.”, – deyə o bildirib.

M.Şentop eyni zamanda, hələ belə bir ehtiyac olmadığını vurğulayıb: “Son bir neçə gündə Azərbaycan silahlı qüvvələri qələbəni təkbaşına əldə etməyə qadir olduqlarını bütün dünyaya göstərdi”.