XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 12:47

“AZƏRBAYCAN ERMƏNİSTANA SON BİR ŞANS VERİB” –Türkiyə XİN Moskva görüşü ilə bağlı bəyanat yaydı

“Azərbaycan və Ermənistan arasında ‪bu gün yerli vaxtla saat 12:00-dan cəbhə xəttində atəşkəs elan edilib. Azərbaycan Ermənistana son dəfə işğal etdiyi ərazilərdən çəkilmək imkanı verib”.

Türkiyə XİN-dən yayılan bəyanatda belə bildirilib.

Qeyd olunub ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən başlayan silahlı qarşıdurmalarda Azərbaycan 30 il işğal altında olan torpaqlarını öz imkanları və özünə inamı ilə geri ala biləcəyini bütün dünyaya sübut edib: “Bu müddət ərzində dünyanın hər yerindən humanitar səbəblərdən atəşkəs elan olunması istənilib. Buna görə də Azərbaycan Ermənistana son bir şans verib”.

Bəyanatda bu atəşkəsin humanizm əsasları ilə əsirlərin və cənazələrin dəyişdirilməsi məqsədilə elan edildiyi bildirilib: “Ancaq bu addım başlanğıc üçün vacib bir fəaliyyət olsa da, problemin daimi həllini əvəz etməyəcək”.

“Türkiyə əvvəldən də Azərbaycanın razılıq verəcəyi həll yolunu dəstəklədiyin bəyan edib, bu prinsipinə də sadiq qalaraq həm döyüş meydanında, həm də siyasi danışıqlar masasında Azərbaycanın yanında olmağa davam edəcək”, – deyə bəyanatda bildirilib.