XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 13:51

ATƏT sədrindən atəşkəs qərarına reaksiya:"Bu razılaşma substantiv danışıqlara yol açır"

“ATƏT-in fəaliyyətdə olan sədri Edi Raama Moskvadakı danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi kontekstində yeni qüvvəyə minmiş humanitar atəşkəsi alqışlayır”.

Bu barədə hazırda ATƏT-ə sədrlik edən Albaniyanın qurumdakı missiyasının “Twitter” hesabında bildirilib.

“Həm regionda, həm də Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi prosesdə sabitliyə ehtiyacımız var. Ermənistan və Azərbaycan arasında bu razılaşma substantiv danışıqlara yol açır”, – deyə ATƏT sədri vurğulayıb/APA.