XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 19:10

DÜŞMƏN MİNGƏÇEVİRƏ BALLİSTİK RAKET ATIB –Prezident köməkçisi məlumat yaydı - VİDEO

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı “SCUD” olan ballistik raketi buraxılıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır”, – H. Hacıyev qeyd edib. /APA