XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2020 - 22:16

“ERMƏNİ AVİAŞİRKƏTİ MÜLKİ TƏYYARƏLƏRLƏ ERMƏNİSTANA RAKET DAŞIYIR” –Prezident köməkçisi məlumat yaydı

Humanitar yardım adı altında sanksiya tətbiq olunmuş korrupsioner “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır”. 

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında bildirib.

H.Hacıyev qeyd edib ki, bu, Çikaqo Konvensiyasının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarının açıq şəkildə pozulmasıdır. /APA