XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2020 - 15:21

Hikmət Hacıyev Gəncədə mətbuat konfransında:"Qarabağda yaşayan mülki insanları humanitar koridorlarla təmin etməyə hazırıq"

“Ermənistan tərəfindən törədilən bu cinayətlər siyasi və hərbi təxribat kimi qiymətləndirilməlidir”.

Bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə Baş Prokurorluqla birgə keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, hərbi təxribatın mahiyyəti aydındır: “Onlar Azərbaycanda mülki əhaliyə xətər yetirmək və yaxud da ölüm hallarını artırmaqla Azərbaycan xalqını qorxutmaq və çəkindirmək məqsədləri güdürlər. Amma buna heç vaxt nail ola bilməyəcəklər. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı yaşadığı məntəqələrdə, yerlərdə çox sabit durumdadır. Xalqımız dövlətimizin ətrafında səfərbərdir. Siyasi təxribatlar isə 3-cü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycan Silahlı Qüvvələrini Ermənistan ərazisində olan bəzi məntəqələrə zərbələr endirməyə təşviq etməkdir. Onlar bundan Azərbaycana qarşı istifadə etmək istəyirlər. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında, işğal edilmiş ərazilərinin azad olunması istiqamətində keçirilən sülhə məcburetmə əməliyyatı çərçivəsində legitim haqlarından istifadə edərək hərbi hədəfləri sıradan çıxarmaqdadır. Humanitar atəşkəslə əlaqədar bəyanat imzalanmışdı. Burada da Ermənistan öz riyakarlığını növbəti dəfə göstərdi. Artıq burada beynəlxalq missiyanı həyata keçirən tərəflər, ATƏT-in Minsk Qrupu və beynəlxalq ictimaiyyət özü buna qiymət verməlidir. Onlar görməlidirlər ki, Azərbaycan necə qorxaq, şərəfsiz və alçaq tərəflə üz-üzə dayanıb. Bunlar üçün hər hansı mənəvi və siyasi-diplomatik çərçivədə heç nə mümkün və mövcud deyil. Azərbaycan xalqı bunu 1992-ci ildə Xocalıda vətəndaşlarımıza qarşı etnik təmizləmə aparılanda görmüşdü”.

Hikmət Hacıyev deyib ki, Prezident İlham Əliyev tərəfindən də qeyd olunduğu kimi, biz heç bir mülki hədəflərə atəş açmırıq: “Bu, bizim dəyərimizdir. Biz erməni xalqı ilə müharibə aparmırıq. Bu müharibə işğalçı, təcavüzkar dövlətlədir. Əgər onlar da silahı yerə qoyarsa, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, Azərbaycan tərəfi onların Cenevre Konvensiyası əsasında bütün hüquqlarını təmin etməyə hazırdır. Həmçinin orada yaşayan mülki insanlar bir koridora ehtiyac duyduğu təqdirdə, biz onları da humanitar koridorlarla təmin etməyə hazırıq. Bu, yenə də sivil dünya ilə Ermənistan arasında olan fərqi göstərir”/APA.