XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2020 - 16:12

Çavuşoğlu Lavrovla danışdı, Türkiyə XİN isə bəyanat verdi:"Türkiyə Azərbaycanın yanındadır”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün rusiyalı həmkarı Sergey Lavrovla zəng edib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çavuşoğlu Lavrovla Qarabağ zonasındakı vəziyyəti müzakirə edib.

O, həmkarından Ermənistanın Azərbaycanın yaşayış yerlərinə və mülki əhalisinə qarşı hücumları dayandırmaları üçün xəbərdarlıq etməyi istəyib.

Türkiyə XİN, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı dövlət terroru ilə bağlı da bəyanat verib.

Bəyanatda Gəncəyə hücum kəskin pislənilib: “Ermənistanın humanitar atəşkəsi pozaraq bu gün səhər Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə etdiyi raket hücumunu qətiyyətlə pisləyirik.

Döyüş bölgəsindən 100 km məsafədəki Gəncədə bir yaşayış binasına tuş gələrək 9 mülki şəxsin ölümünə, 39 nəfərin yaralanmasına səbəb olan bu hücum Ermənistan rəhbərliyinin münaqişəni işğal altındakı Azərbaycan ərazilərinin xaricinə yayma məqsədinə yönəlmiş təxribatların yeni bir nümunəsidir. Bu hücum eyni zamanda Ermənistanın atəşkəsdən anlamadığını göstərir. Ermənistanın bu aqressiyası həmişəki işğalçı və təcavüzkar zehniyyətinin təzahürüdür. Beynəlxalq ictimaiyyət bu hüquq tanımazlığa artıq dayan deməlidir. Hücum nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Can Azərbaycana başsağlığı diləyirik. Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır”.

Strateq.az