XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 13:34

Prezident İlham ƏliyevinYAP sədri seçilməsindən 11 il ötür

Ilham Eliyev

Bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən 11 il ötür.

Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçilib.

Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə,  17 nəfər  isə MNTK-ya üzv seçilib.

2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilib. Qurultayda  partiyanın sədri İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürürülüb. 2008-ci ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il iyun ayının 7-də keçirilən qurultayda ölkə başçısı  İlham Əliyevin növbəti 5 illik müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülüb. V Qurultayın işində partiyanın təşkilatı məsələlərinə baxılıb.

İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının Sədri seçilib. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti açıqlanmış və qəbul edilmişdir.

Strateq.az