XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2020 - 11:54

Ermənistanın təcavüzü nəticəsində daha bir məktəbli həlak oldu –Nazirlik açıqlama yaydı

Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yayıb.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə,  həmin məktəbli Ağcabədi rayonu R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İngəndərovdur: “Bununla təcavüz nəticəsində ölən məktəblilərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Ermənilərin Naftalan şəhəri atəşə tutması nəticəsində 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri də həlak olub”.