Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Prokurorluğun Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 218 nəfər isə yaralanıb: “Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 290, çoxmənzilli yaşayış binalarının sayı 79, yaşayış evlərinin sayı isə 1 592-dir”.