XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 15:14

Azərbaycanda daha 530 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib –101 nəfər isə sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb: “Hazırkı dövrədək ölkəmizdə 43 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 990nəfərdir.

Ötən müddət ərzində 1 milyon 201 min 924 test aparılıb. Bugünkü test sayı isə 8 054-dür”.