XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 22:37

Mehriban Əliyeva:"Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ermənilərin Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutmasına münasibət bildirib.

Strateq.az xəbər verir ki, bu barədə o, rəsmi “Instagram” səhifəsində yazıb: “Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?

Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.