XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2020 - 15:39

Azərbaycanda son sutkada 509 nəfər koronavirusa yoluxub –129 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43789 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 39800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib, aktiv xəstə sayı 3368 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 7878, hazırkı dövrədək isə 1209802 test aparılıb.