XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2020 - 16:21

Ərdoğan:"Minsk Qrupu ölkələrindən Ermənistana silah ötürənlər də var"

“Ötən gecə atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan yenə atəşkəsi pozub, yenə Azərbaycana  hücum edirlər”.

Strateq.az xəbər verir ki, bu sözləri Şirnakda partiyasının üzvləri ilə keçirilən toplantıda Türkiyə Prezidentı Ərdoğan deyib.

O, çıxışında Avropanın Ermənistanın cinayətkar əməllərinə səssiz qalmasına da etiraz edib: “Qərbin səsi bunlara çıxmır. Türkiyə isə səsini çıxaran  kimi deyirlər ki, niyə belə edirsiz? Qüsura baxmayın, Türkiyə hər zamankı kimi haqqın, haqlının yanında olub, olacaq da…”.

Ərdoğan Minsk Qrupu ölkələrinin Qarabağla bağlı mövqelərini də tənqid edib: “Nə deyirlər? Minsk qrupu. Kimdir Minsk üçlüsü? Amerika, Fransa, Rusiya. Bəs bunlar kimin yanında yer aldılar? Ermənistanın yanında oldular. Ermənistana, ermənilərə hər cür silah dəstəyi verirlərmi? Verirlər. Bütün bunlar edilərkən azərbaycanlı qarşdalarımız ermənilərə qarşı mübarizə aparırlar. Bunu niyə edirlər? Çünki Azərbaycanın işğal altındakı torpaqlarını ermənilərdən azad etmək üçün bu mübarizəni aparırlar. Bundan daha təbii nə ola bilər?

30 ildir Amerika, Rusiya, Fransa bu danışıqları bitirmədilər. Rəbbim yardımçıları olsun. İnanıram ki, işğal altındakı bu torpaqları ermənilərdən alacaqlar. İnşallah, bunu uğurla götürəcəklər”.