XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 09:56

BMT TŞ Dağlıq Qarabağ məsələsini müzakirə edib:"Atəşkəs rejimini təmin etmək lazımdır"

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

TASS-ın verdiyi məlumata görə, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

V.Nebenzya diqqətə çatdırıb ki, hazırda atəşkəs rejimini təmin etmək lazımdır, bu, ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib. O qeyd edib ki, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir/Report