XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 11:35

Mustafa Şentop Azərbaycan parlamentində:"Minsk qrupunun beyin ölümü gerçəkləşib"

“Azərbaycanın daha 30 il də gözləyəcək vaxtı yoxdur. Beynəxlaq təşkilatlar qəbul etdiyi qərarlarının namusunu qorumalıdırlar”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Minsk qrupu münaqişənin həll olunmasına gerçək iradə göstərməyib: “Minsk qrupunun beyin ölümü gerçəkləşib. İndiyə qədər Qarabağda bir çox yerlər işğaldan azad edilib. Yenə beynəlxalq təşkilatların atəşkəs çağırışı olub. Heç bir dövlət boş-boşuna müharibə etmək istəməz. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Azərbaycan ilanın eyni yerdən sancmasına icazə verməyəcək. Kimsə Azərbaycan torpaqlarına əməliyyat həyata keçirə bilməz”/Report.

O bildirib ki, Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadır: “Məclis olaraq Azərbaycanın yanında olduğumuzu sentyabrın 28-də dünyaya bir daha bəyan etdik”.

Onun sözlərinə görə, Ermənistan mülki insanları öldürməyi dövlət siyasətinə çevirib:

“Moskvadakı atəşkəsdən sonra da onlar atəşkəsi pozaraq mülki insanları yenidən hədəf alıb. Onlar günahsız insanlara hücum etməyə davam edir. Bunlar müharibə cinayətidir. Beynəlxalq ictimaiyyətə müraciət edirəm ki, karsınız, ya korsunuz? Bunları görmürsünüzmü? Ermənistanın ipini əlində tutanlar bunu dayandırmalıdır”.