Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Strateq.az-a bildirilib ki, Ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır: “Azərbaycan Ordusunun qələbələrində əməyi olan bir qrup hərbi qulluqçumuzu təqdim edirik”.