XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

27 Mart 2016 - 13:00

Bəşər Əsədin ordusundan böyük uğur:Palmira İŞİD-dən alındı

Palmira

Bəşər Əsəd  orudusu ötən ilin may ayından İŞİD-in nəzarətində olan Palmira şəhərini bu gün tam ələ keçirib. Bu barədə ABŞ-ın Sky News telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb. Bu barədə məlumatları ərəb Al Mayadeen telekanalı da təsdiqləyib.

Palmira şəhərinin İŞİD-dən təmizlənməsi Bəşər Əsədin böyük uğuru hesab olunur. Suriya ordusuna Rusiya hərbçiləri də yardım edib.  Rusiya təyyarələri İŞİD mövqelərini güclü bombardımana məruz qoyub. 150-dən çox hədəf məhv edilib.

Palmiranın İŞİD-dən azad edilməsini Suriyada İnsan Haqlarına Nəzarət Şurasından da Röyter agentlyinə təsdiqləyiblər.

Palmira şəhərinə hücüm bir neçə gün davam edib. 24 martda Suriya Dövlət Televiziyası hökumət qoşunlarının şəhərə daxil olduğu barədə məlumat verib.

Dünən isə şəhərin şimal hissəsində İŞİD yaraqlılarının əsas dayaq nöqtələri məhv edilib.

Palmira 2015-ci ildə 21 mayda İŞİD tərəfindən ələ keçirlmişdi.  Şəhər sakinlərinin əksəriyyəti geri çəkilən Suriya qoşunları ilə getmişdilər.  İŞİD yaraqlıları bir çox qədim mədənəyyət abidlərini qarət edərək məhv ediblər.

Şəhərin tarixi hissəsi Qədim Roma arxitekturasının ən yaxşı nümunəsi sayılır. YUNESKO bu abidələri Ümümdünya Mədəni İrisi siyahısına daxil edib.

Strateq.az