“Paşinyanın Qarabağda diplomatik həll yolu olmadığını söyləməsi Ermənistanın niyyətlərindən xəbər verir”.
Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” səhifəsində yazıb.
O bildirib ki, indi müharibəni istədiyi aydındır: “Bu, Türkiyə ilə Azərbaycanın düzgünlüyünü təsdiqlədi. Sülh və sabitlik Cənubi Qafqaza yalnız Qarabağ işğaldan azad edildikdən sonra gələcək”.