XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 10:15

MN-dən düşmənin Siyəzən, Qəbələ və Kürdəmirə raket hücumu barədə növbəti açıqlama:"Tələfat yoxdur"

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub: “Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur”.