XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 11:10

Prezidentin köməkçisi:"Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb"

“Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub”.

Strateq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb: “Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”.