XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 16:54

Peskovdan Qarabağla bağlı növbəti açıqlama:"Vasitəçi olmaq və ya formatlarda iştirak etmək üçün iki tərəfin də razılığı olmalıdır"

“Dağlıq Qarabağdakı nizamlanmaya üçüncü ölkələrin cəlb olunması yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Üçüncü ölkələrin mövcud həll formatında iştirakı tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Bu tərəflər iki ölkədir – Azərbaycan və Ermənistan. Münaqişənin nizamlanmasında iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək ancaq iki tərəfin razılığı ilə mümkündür”, – deyə Kremlin sözçüsü Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına cəlb olunmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib/APA.