XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2020 - 15:07

Azərbaycanda son sutkada 803 nəfər koronavirusa yoluxub –212 nəfər sağalıb, 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 48221 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 40831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib, aktiv xəstə sayı 6734 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 9951, hazırkı dövrədək isə 1270144 test aparılıb.