XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 20:23

Prezident ABŞ-da hansı müzakirələri aparacaq? –Rəsmi açıqlama (VİDEO)

novruz-1

Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ölkə başçısı İlham Əliyevin Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakı zamanı müzakirə ediləcək məsələləri şərh edib.

Şöbə müdiri ANS-ə açıqlamasında bildirib ki, əsas məsələ belə sammitlərdə iştirak edib onun fəaliyyəti ilə tanış olmaqdır: “Ölkə başçısı da Azərbaycanın gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı sammitdə çıxış edəcək. Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımlar atılır".

N. Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq görüşün böyük əhəmiyyət kəsb etdiyini düşünür.