XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2020 - 12:31

ERMƏNİSTANDA NÖVBƏTİ İYRƏNC KAMPANİYA –Azərbaycan əsgərinin qarşısına indi də körpə qız uşaqlarını çıxarırlar + FOTO

Şəkildəki erməni qızcığazlardır. Onlar heç yeniyetmə də deyillər, uşaqdırlar, yaşları çox olsa, 11-12 olar.

Kəlpeysər əmilər onları sıraya düzüb, əllərinə “Kalaşnikov” avtomatı verib, şəkilə çəkdiriblər. Bəzilər sevinir, bəziləri də doluxsunub. Onlara belə oyuncaqlar lazım deyil.

İndi ermənilər bununla nə demək istəyirlər? Döyüş ruhu qaldırırlar? Körpə qızların avtomatlı şəkillərini paylaşıb, ordudan yayınan, özlərinə “koronavirus xəstəsi” kağızı düzəldən minlərlə canataraq gədəni qeyrətə gətirmək istəyirlər?

Yoxsa bu şəkillə dünya ictimaiyyətini kövrəltmək, “gör iş nə yerdədir ki. balaca uşaqlar özlərini qorumaq üçün silaha sarılıblar” fikri yaratmağı düşünürlər?

Elədirsə, havayı zəhmətdir. Bu şəklə baxanlar ilk növbədə onu düşünəcək ki, ermənilər teatr çıxardırlar, qızcığazlardan süni rəylər yaratmaq üçün, piar məqsədilə istifadə edirlər.

Heç bu mənzərəni paylaşmaqda normal məntiq də yoxdur. Bu acizliyin göstəricisidir. Özləri gün axşama qədər “xüsusi təyinatlılar”, “muzdlular” adı qoyduqları döyüşçülərimizin qarşısına bu balaca axçiklərlə çıxacaqlarsa, uduzan tərəfin kim olacağını proqnozlaşdırmaq çətin deyil. 

Allah onlara ağıl-fikir versin, döyüş meydanında ard-arda məğlubiyyətə uğradıqlar kimi, informasiya savaşında da, piarda da uduza-uduza gedirlər, xəbərləri yoxdur.

Musavat.com