Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirb ki, Kreml Qarabağdakı vəziyyəti diqqətlə izləyir və problemin sülh yolu ilə həll olunmasının mümkün olduğuna inanır.
Strateq.az Ria Novosti-yə istinadla xəbər verir ki, o, bunu ABŞ-da Dağlıq Qarabağla bağlı əldə olunan yeni bir humanitar atəşkəs razılaşması barədə suala cavabda deyib: “İndi təmas bölgəsindəki vəziyyəti yaxından izləməyə davam edirik. Hələ də inanırıq ki, bu problemin sülh yolu ilə həll yolu tapılacaq”.