XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 16:23

Azərbaycanda son sutkada 527 nəfər koronavirusa yoluxub –131 nəfər sağalıb, 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.

Ölkədə son sutka ərzində 6814, hazırkı dövrədək isə 1298348 test aparılıb.

Azərbaycanda indiyədək ümumilikdə 50486 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 41410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı 8397 nəfərdir.