XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 14:48

İran HHMQ-ni gücləndirir –Azərbaycanla sərhəddə

Azərbaycanla sərhəddə İranın hava hücumundan müdafiə qüvvələrinin (HHMQ) sayı artırılır.

Strateq.az “Fars” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Xatəmül-Ənbiya” hava hücumundan müdafiə qüvvəsinin komandanı general Seyyid Əbdürrəhman Musəvi məlumat verib.

“Hava hücumundan müdafiə bölmələri şimal-qərb bölgəsində gücləndirilib və ehtiyac olarsa, əraziyə əlavə qüvvələr cəlb ediləcək”, – deyə o vurğulayıb.

General Musəvi insanların, xüsusilə sərhəd sakinlərinin təhlükəsizliyini qorumanın prioritet olduğunu bildirib: “Ölkələrin ərazi bütövlüyünə hörmət və beynəlxalq tanınmış sərhədlərin qorunması məlum prinsiplərimizdəndir və biz bunlardakı dəyişikliyə dözməyəcəyik”.