XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 15:06

“Azərbaycanda son sutkada 663 nəfər COVID-19-a yoluxub, 283 nəfər sağalıb” –Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib: “Azərbaycanda indiyədək ümumilikdə 51 149 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 41 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8 768 nəfərdir.

Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb”.