XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 18:31

Cavad Zərif:"İranın Qarabağ probleminin həll ilə bağlı layihəsi bu gün və ya sabah təqdim olunacaq"

“İranın Dağlıq Qarabağ münaqişəsinin daimi həlli üçün hazırladığı layihə bu gün və ya sabah təqdim olunacaq”.  

Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən müzakirələrdə deyib.

XİN başçısı bildirib ki, onun müavini Azərbaycan-Ermənistan münaqişə bölgəsinə baxış üçün Şərqi Azərbaycan əyalətinə səfər edib, Xudafərin səddinə baxış keçirir və o, daha sonra Bakı, Moskva, İrəvan və Ankaraya səfər edəcək.

Cavad Zərif qeyd edib ki, ölkə rəsmiləri tərəfindən təsdiqlənən layihə haqda Bakı, Moskva, İrəvan və Ankarada danışıqlar aparılacaq/APA.