XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 18:59

ABŞ-da seçki rəqabəti qızışır –Sorğularda Baydenin Trampı üstələdiyi göstərilir

ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd Co Baydenin daha 3 “kilid” ştatda keçirilən rəy sorğularında rəqibi Donald Trampı üstələdiyi məlum olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Verilən informasiyaya əsasən “YouGov” təşkilatı və Viskonsin univeristetinin birgə keçirdiyi son sorğuda Co Baydenin Donald Trampdan Miçiqan ştatında 10%, Pensilvaniyada 8%, Viskonsində isə 9% öndə olduğu görünür.

Qeyd edək ki, 2016-cı ildə məhz bu 3 ştatada qələbə qazanması sayəsində Donald Tramp Hillari Klintonu məğlub edə bilmişdi.

Buna baxmayaraq, Donald Tramp ən azı Pensilvaniyada 2016-cı ildən daha çox səs toplayacağına əmin olduğunu söyləyib. Yaxın vaxtarda o, bu ştatın Allentaun, Lititz və Martinsburq şəhərlərində 3 mitinqə qatılacaq. Buna qədər ABŞ dövlət başçısı Nyu-Hempşir və Men ştatlarının qərarsız seçicilərinin rəğbətini qazanmaq üçün burada tərəfdarları ilə görüşlər keçirib.