XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 14:40

“ABŞ, RUSİYA VƏ FRANSA MÜNAQİŞƏNİ HƏLL ETMƏDİLƏR” –"Bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib çatıb”

“Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib çatıb”.

Strateq.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 30 ildən çoxdur ki, azərbaycanlılar yaşadıqları Dağlıq Qarabağ və ətraf rayonlardan qovulublar: “Buna baxmayaq, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa münaqişəni həll etmədilər. Hər iclasda danışdılar, sonra da çıxıb getdilər. Təbii ki, Azərbaycan da öz vətəndaşlarının təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Ermənistan hücum etdi, Azərbaycan da özünü müdafiə etdi”.