XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 14:48

“QIRMIZI XƏTLƏRİMİZ KEÇİLSƏ, ATAMIZIN OĞLU BELƏ OLSA, GÖZ YUMMAYACAĞIQ” –Ərdoğan Putinlə etdiyi söhbətdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb.

Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı V. Putinlə ətraflı fikir mübadiləsi aparıblar.

“Putinə dedim ki, istəsəniz, gəlin, Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim, mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq” – deyə Ərdoğan vurğulayıb. /APA