XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 15:53

Əraqçi “Qarabağ Planı”nın bəzi prinsiplərini açıqladı –Tehranın mesajı

İran XIN-in rəsmisi Tehranın Dağlıq Qarabağ münaqişəsinə son qoymaq planının bəzi hissələrini açıqlayıb.

Strateq.az ISNA-ya istinadla xəbər verir ki, xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi Bakıya səfəri barədə deyib: “Bu səfər bölgədə Azərbaycan Respublikası və Ermənistan arasında son qarşıdurmanın sona çatması naminə turnenin bir hissəsidir. İslam Respublikasının bu münaqişəni həll etmək və nəticədə bölgədə davamlı sülh əldə etmək təşəbbüsü mövcuddur. Bu plan bir neçə mərhələdə həm davamlı sülhə, həm də Azərbaycan Respublikası ərazisinin işğalına son verə bilər”.

İran Prezidentinin xüsusi elçisi Azərbaycan Respublikası ərazilərinin işğalına son qoyulması məsələsini təklif olunan İran təşəbbüsündə vacib element kimi qiymətləndirib.

“Azlıqların hüquqları və humanitar hüquqlar bu planın başqa bir əsasını təşkil edir”, – deyə Əraqçi əlavə edib.

Nazir müavini bildirib: “Münaqişənin dayandırılması və nüfuzlu ölkələr, sülhün köməkçiləri və qarantlarının köməyi ilə danışıqlara başlamaq bu planın digər elementidir. Bu baxımdan, bölgə ölkələrinin rəsmi məqamları ilə görüşəcəyik və planın həyata keçirilə biləcək nöqtəyə çata bilməsi üçün məsləhətləşmələr aparacağıq”.

Xarici işlər nazirinin müavini İran-Azərbaycan münasibətlərinə toxunub. “Aramızda səmimi münasibətlər var və biz Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini azad etmək səylərini hər zaman dəstəkləyirik. Azərbaycan Respublikasının və bölgədəki digər ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı qorunması vacib və dəyişməz prinsipdir”.

Xüsusi elçisi əlavə edib: “Keçmişdə bölgədə sülh üçün çox səy göstərdik və bu səyləri indi də davam etdirəcəyik. Ümid edirik ki, Azərbaycan Respublikasındakı dostlarımızla razılığa gələ bilərik”.