XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 12:30

Abbas Əraqçi Moskvaya getdi –"Qarabağ Planı" ilə

İran xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi Dağlıq Qarabağ böhranının həlli təşəbbüsü ilə Moskvaya yola düşüb.

Strateq.az IRIB-ə istinadla xəbər verir ki, İslam Respublikası prezidentinin xüsusi elçisi Azərbaycan Respublikasının rəsmiləri ilə danışıqlardan sonra Rusiya paytaxtında vəzifədaşına “Qarabağ Planı”nı təqdim edəcək.

Abbas Əraqçi İran təşəbbüsü ilə bağlı bildirib: “ATƏT-in Minsk qrupu son 30 ildə Azərbaycanla Ermənistan arasındakı mübahisələri həll edə bilməyib və İran regional əməkdaşlıq yolu ilə Bakı-İrəvan mübahisəsinə son qoymağa çalışır. Əlbəttə, bu, çətin bir işdir. Minsk qrupundakı xarici aktyorlar bölgədən yalnız siyasi deyil, həm də mənəvi-hissiyyatlı baxımdan uzaqdır, onların Dağlıq Qarabağda sülhün yaradılması səyləri səmimilikdən uzaqdır. İslam Respublikasının təklifi atəşkəs rejiminin yaradılması, yaşayış yerləri və mülki bölgələrə hücumların dayandırılması, habelə köçkünlərin evlərinə qayıtması da daxil olmaqla, humanitar prinsiplərə əsaslanır”.

Xarici işlər nazirinin müavini əlavə edib: “Dağlıq Qarabağ böhranının həlli üçün planımızı təklif etdik və münaqişə tərəflərindən cavab gözləyirik”.

Xatırladaq ki, Abbas Əraqçi Moskvada Rusiya xarici işlər nazirinin Orta Asiya və Qafqaz üzrə müavini Andrey Rudenko ilə görüşəcək.

Bundan sonra İran rəsmisi İrəvan və Ankaraya yollanacaq.

İran prezidentinin xüsusi elçisi Azərbaycan Respublikasının paytaxtına səfəri ilə əlaqədar IRNA agentliyinə bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv danışıqlarımız saat yarımdan çox davam etdi və azərbaycanlı dostlarımız Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı izahat verdilər. Öz növbəmizdə, biz də fikirlərimizi Azərbaycan rəsmiləri ilə bölüşdük. Azərbaycanlı dostlar İslam Respublikasının bölgədə davamlı bir sülh əldə etmək təklifinə müsbət yanaşıb və ümid edirik ki, kollektiv bir hərəkətlə bu bölgədə insan tələfatlarının qarşısını ala bilərik”.