XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 12:52

Hikmət Hacıyevdən düşmənə xəbərdarlıq:"Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb, digərləri də payını alacaq”

“Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqrımını törədənlərin cavabını verir”.

Strateq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, artıq qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb: “Digərləri də öz payını alacaqlar. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”.

H. Hacıyev deyib ki, torpaqlarımız işğaldan azad edilir: “Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Qardaş Türkiyənin dəstəyi Azərbaycanın haqq işini gücləndirir. Hazırda eşitdiyiniz kimi, düşmən yenə artilleriyadan atəş açır, amma biz qorxmuruq, qorxmayacağıq”.