XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2020 - 17:20

“Ordumuz Ermənistanla sərhəddəki Rusiya zastavasını atəşə tutmayıb” –MN düşmənin daha bir iddiasını yalanladı

Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub: “Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur”.