XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 20:24

MN:"Azərbaycan Ordusu yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir"

“Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır”.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür: “Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir”.