XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2020 - 20:51

Moskvada 3 saatlıq görüş –Qarabağa dair ortaq yanaşma

“İran və Rusiya Dağlıq Qarabağ münaqişəsinə ortaq yanaşmaları bölüşür”.

Strateq.az İRNA-ya istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini və İran prezidentinin xüsusi elçisi Abbas Əraqçi öz “Tvitter” səhifəsində yazıb.

Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudonko ilə görüşmüş Əraqçi əlavə edib ki, həmişə olduğu kimi, Sergey Ryabkovla da nüvə sazişinin gələcəyi ilə bağlı məsləhətləşmələr aparıb.

Xüsusu elçinin Rusiya XİN rəhbərinin Orta Asiya və Qafqaz üzrə müavini Andrey Rudenko görüşü 3 saat çəkib və danışıqlar jurnalistlərin iştirakı olmadan, bağlı qapılar arxasında aparılıb.

Əraqçi danışıqlardan əvvəl KİV təmsilçilərinə bildirib: “ATƏT-in Minsk qrupuna daxil olan bəzi ölkələr ümumiyyətlə, bölgəyə aid deyil və bu böhranla onların heç bir əlaqəsi yoxdur. Minsk qrupunun təsirsizliyi əyani sübut olunub. Xarici aktyorlar, ABŞ və Fransa bölgədən çox uzaqdır və bölgə ilə nəinki siyasi, həm də mənəvi baxımdan bağlılıqları yoxdur. Onlar Dağlıq Qarabağda da sülhün bərqərar edilməsində maraqlı deyil.

Biz rolu əsas olan ölkələrə regional yanaşma təklif etdik və Rusiyanın, bu baxımdan, bölgənin vacib ölkələrindən biri olduğunu düşünürük. İslam Respublikasının təklifi atəşkəs, mülki bölgələrə hücumların dayandırılması və köçkünlərin evlərinə qayıtması da daxil olmaqla, humanitar prinsiplərə əsaslanır. Biz davamlı sülh üçün regional həll tapmağa çalışırıq.

Dağlıq Qarabağ böhranının həllinə dair planımızın digər bir xüsusiyyəti onun realizmdir”.

Xarici işlər naziri müavininin sözlərinə görə, İran planının ilk hissəsi işğala son qoyulması, ərazi bütövlüyünə və suverenliyə, sərhədlərin toxunulmazlığına və azlıqların hüquqlarına hörmət kimi bir sıra prinsiplərə əsaslanır. Mülki mərkəzlərə və şəxslərə hücum etməməyi vurğulayır.

“Biz Dağlıq Qarabağ böhranının həlli üçün planımızı təklif edirik və indi münaqişə tərəflərindən cavab gözləyirik”, – deyə sonda Əraqçi vurğulayıb.